`ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır` - Sekuta


17:36     17 Fevral 2017 sekuta14.jpg

"ABŞ dünyanın digər dövlətləri kimi Dağlıq Qarabağın müstəqilliyini tanımır".


Femida.az xəbər verir ki, bu sözləri jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"un keçirilməsi barədə sualı cavablandırarkən deyib.

R.Sekuta bildirib ki, ATƏT-in Minsk qrupunun son bəyanatında deyildiyi kimi, nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 1142